İlk hamiləlik testi necə olub? - Arpa-buğda testi

İlk hamiləlik testi necə olub? - Arpa-buğda testi
23:32 5 Aprel 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

İlk "hamiləlik testlər"indən hələ eramızdan çox-çox əvvəl Qədim Misirdə istifadə edirdilər.

Maraqlıdır ki, bu testin köməyi ilə qədim təbiblər hətta uşağın cinsini də "təyin etməyə" çalışırdılar.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Danimarkada saxlanılan bir qədim papirusda yazılıb ki, hamiləliyi təyin etmək üçün 2 ayrı kisə götürüb birinə qumla qarışdırlımış arpanı, digərinə buğdanı tökmək lazımdır. Toxumları hər gün qadının sidiyi ilə "sulamaq" lazımdır.  Əgər bir müddətdən sonra toxumlar cücərərsə, bu o deməkdir ki, qadın hamilədir. Arpa cücərərsə oğlan, buğda cücərərsə qız dünyaya gələcək.

Toxumlar cücərməzsə, qadın hamilə deyil.

Maraqlıdır, deyil mi?

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR