ABŞ səfiri: Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır

ABŞ səfiri: Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır
23:33 5 Aprel 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır.

Publika.az Trend-əistinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində deyib.

E. Litzenberqer bildirib: "Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/274764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR