İspaniyada baş verən zəncirvari yol qəzasında 34 nəfər xəsarət alıb

İspaniyada baş verən zəncirvari yol qəzasında 34 nəfər  xəsarət alıb
00:37 6 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyada zəncirvari yol qəzası baş verib.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Somosyerra qəsəbəsi yaxınlığında yaşanan hadisə zamanı 50 avtomobil toqquşub, nəticədə 34 nəfər xəsarət alıb. İlkin məlumata görə, hadisəyə səbəb ərazidəki qar uçqunu olub.
Olay yerinə dərhal təcili yardım və qar təmizləyən briqadalar cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Xatırladaq ki, eyni gündə Asturiya qəsəbəsində meydana gələn digər avtobus qəzasında isə 6 nəfərin öldüyü, 25 sərnişinin xəsarət aldığı bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-spaniyada-bas-veren-zencirvari-yol-qezasinda-34-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR