"Böyük yeddilik" Liviyadakı vəziyyətlə bağlı bəyanat verib

"Böyük yeddilik" Liviyadakı vəziyyətlə bağlı bəyanat verib
01:22 6 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

“Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri Liviyadakı vəziyyətlə bağlı birgə bəyanat qəbul edib.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə sənəd Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. 
Sənəddə həmin ölkələrin, habelə Avropa İttifaqıın xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Mogerininin bu ölkədəki vəziyyətdən narahatlığı ifadə olunub.
Bəyanatda münaqişə tərəfləri Tripoli ətrafındakı hərbi əməliyyatları dayandırmağa və vəziyəti nizamlanmaq, habelə vətəndaş müharibəsinin qarşısının almaq üçün güc variantından imtina edərək, danışıqlara başlamağa çağırılıb.
“Yeddilik” ölkələri eyni zamanda BMT-nin münaqişənin həll variantının tapılması istiqamətindəki səylərini dəstəklədiklərini də bəyan ediblər.
Xatırladaq ki, bir qədər əvvəl Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Həftar bütün qoşun növlərinə 48 saat ərzində paytaxt Liviyaya nəzarəti ələ keçirmək əmri verib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boyuk-yeddilik-liviyadaki-veziyyetle-bagli-beyanat-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR