G-7-dən NOTA: Əməliyyatları dərhal dayandırın!

G-7-dən NOTA: Əməliyyatları dərhal dayandırın!
01:23 6 Aprel 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Liviyada vəziyyət haqqında birgə bəyanat qəbul ediblər.

Publika.az xəbər verir ki, sənəd Böyük Britaniya hökumətinin saytında dərc edilib.

Sənəddə paytaxt Tripoli ətrafında hazırda gedən hərbi əməliyyatlarla bağlı narahatlıq ifadə olunub. Diplomatlar münaqişənin bütün tərəflərini istənilən döyüş əməliyyatlarını dayandırmağa çağırıblar.

“Biz əminik ki, Liviyada nizama salınmaya güc metodları ilə nail olmaq mümkün deyil”, - sənəddə deyilir.

G7 Liviyada vəziyyətin nizama salınması yollarının axtarışında BMT-yə səylərinə tam dəstəyi ifadə edib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Xaftar Milli Barışıq Hökumətinin nəzarətində olan paytaxt Tripoliyə hücum əmrini verib. Son məlumatlara görə, Tripoli aeroportu üzərinə nəzarət təmin olunub. Bildirilir ki, hərbçilər 48 saat ərzində Tripolini ələ keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Liviyada 2011-ci ildə Müəmmər Qəddafinin qətlindən sonra siyasi böhran başlanıb. Ölkədə ikihakimiyyətlilik hökm sürür.

Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.

Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

BMT 2019-cu ilin yazında ölkədə parlament seçkilərinin keçirilməsini istəyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/274771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR