Avropa Komissiyası alman nəhəngini 1 milyard avro cərimələdi

Avropa Komissiyası alman nəhəngini 1 milyard avro cərimələdi
02:03 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası Almaniyanın BMW avtokonsernini 1 milyard avro cərimələyib.

Publika.az xəbər verir ki, bu haqda şirkətdən bildiriblər.

Şirkətdən qeyd ediblər ki, cərimənin belə məbləğinin ödənilməsi 2019-cu ilin birinci rübü ərzində BMW-nin maliyyə hesabatlarında mənfi əks ediləcək.

Qeyd edək ki, aprelin 5-də Avropa Komissiyası kartel sözləşməsində BMW, “Daimler” və “Volkswagen” avtokonsernlərini ittiham edib. Şirkətlər əlbir olaraq Avropa İttifaqının antiinhisar qaydalarını pozmaqda təqsirləndirilir.

Belə ki, həmin avtomobil istehsalçılarının benzin və dizel avtomobillərində zərərli tullantıların azaldılması üçün texnologiyaların hazırlanması və tətbiqində bir-biri ilə rəqabət aparmamaq barədə razılaşdığı ehtimal olunur. Bu da öz növbəsində istehlakçıları ekoloji cəhətdən daha təmiz olan avtomobil almaq imkanından məhrum edə bilər.

Ehtimal edilir ki, avtomobil istehsalçıları arasında mümkün sövdələşmə 1990-cı ildən quvvədə ola bilər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/274774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR