Avropa Komissiyası "BMW" şirkətini cərimələyib

Avropa Komissiyası "BMW" şirkətini cərimələyib
02:32 6 Aprel 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası rəqibləri ilə sövdələşməkdə ittiham etdiyi “BMW” avtokonsernini cərimələyib.
"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, idarə heyətinin iclasında antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq olunan 1 milyard avro həcmindəki cərimə sanksiyasının ödənilməsinə qərar verilib.
Xatırladaq ki, Avropa Komissiyası BMW, “Daimler” və “Volkswagen” şirkətlərini 8 il ərzində qanunvericiliyin müddəalarına zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib. Bunun nəticəsində isə alıcılar havanın az miqdarda çirklənməsinə xidmət edəcək avtomobillər əldə etməkdən məhrum olub.
İqtisadçılar sözü gedən qərarın şirkətin 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərinə neqativ təsir edəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avropa-komissiyasi-bmw-sirketini-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR