Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub (FOTO)

Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub (FOTO)
02:50 6 Aprel 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfəri zamanı Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub.

Komitədən Trend-ə verilən məlumata görə, təqdimatda Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri iştirak edib.

F.Muradov giriş sözü ilə çıxış edib, Fondun yaranma məqsədi və fəaliyyət imkanları barədə danışıb. Fondun icraçı direktoru Elşad Əliyev fond haqqında ətraflı məlumat verib. O, bildirib ki, diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində fond əhəmiyyətli rol oynayacaq.

Fondun icraçı direktoru Elşad Əliyev və Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstan və Türkdilli Dövlətlərlə İş şöbəsinin müdiri Anar Rəsulov Fondla bağlı sualları cavablandırıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR