Qəzzanın şərqindəki toqquşmalarda 80-dən çox fələstinli yaralanıb

Qəzzanın şərqindəki toqquşmalarda 80-dən çox fələstinli yaralanıb
03:17 6 Aprel 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

“İsrail ordusu ilə Qəzzanın şərqindəki toqquşmalarda 80-dən çox fələstinli yaralanıb”.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumat Fələstinin Səhiyyə Nazirliyindən verilib. 
Qeyd olunub ki, onların hamısı qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb. Bundan əlavə, İsrail əsgərlərinin gözyaşardıcı qazdan istifadəsi zamanı onlarla fələstinli müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, bölgədə 2018-ci ilin 30 mart tarixindən səngiməyən toqquşmalarda indiyədək 250 fələstinli ölüb, 20 mindən çoxu travma alıb. 15 min fələstinli isə xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qezzanin-serqindeki-toqqusmalarda-80-den-cox-felestinli-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR