Polşada sərnişin qatarı təcili yardım maşını ilə toqquşub

Polşada sərnişin qatarı təcili yardım maşını ilə toqquşub
03:32 6 Aprel 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Polşada sərnişin qatarı təcili yardım maşınını vurub. 
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bədbəxt hadisə Puşikova şəhərində baş verib. Hadisənin video görüntüsü artıq sosial şəbəkələrdə yayılıb.
Belə ki, ambulansın sürücüsü qadağanın siqnalına məhəl qoymayaraq yolu keçmək istəyib lakin qarşı tərəfdə şlaqbaunun olması onun irəliləməsinə maneə törədib.
Yerli "Glos Wielkopolski" nəşrinin verdiyi məlumata görə, nəticədə həkim və feldşer hadisə yerindəcə keçiniblər, sürücünün isə vəziyyəti kritikdir. 
Prokurorluqda hadisə ilə bağlı cinayət işi açılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polsada-sernisin-qatari-tecili-yardim-masini-ile-toqqusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR