Lənkəran şəhərində mina aşkar olunub

Lənkəran şəhərində mina aşkar olunub
04:27 6 Aprel 2019
119 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 5-də Lənkəran şəhəri ərazisində mina tapılıb.
“Report” xəbər verir ki, məlumat əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunan ərazidə dəniz sahilinə baxış keçiriblər. 
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazini sərhədçilər mühasirəyə alıblar. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62P3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tank əleyhinə minanın ətrafında 1,500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeran-seherinde-mina-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR