ABŞ Venesuelaya qarşı sanksiyaların anonsunu verdi

ABŞ Venesuelaya qarşı sanksiyaların anonsunu verdi
06:28 6 Aprel 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

BŞ Kubaya neftin çatdırılmasını həyata keçirən iki Venesurla şirkəti barəsində sanksiyalar tətbiq edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Qara siyahı”ya həmçinin Venesuelanın dövlət neft şirkətinə (PDVSA) aid 34 gəmi daxil edilib.

“ABŞ prezidentinin göstərişi ilə Venesuela dövlət neft şirkətinin istifadə etdiyi 34 gəmi, həmçinin Kubaya neftin çatdırılmasını həyata keçirən iki şirkətə qarşı sanksiyalar tətbiq ediləcək. Venesuelanın nefti Venesuela xalqına aiddir”, - o, Texasda Ceyms Beyker İnstitutunda çıxış zamanı deyib.

Xatırladaq ki, ABŞ yanvarında PDVSA-ya qarşı sanksiyalar tətbiq edib, Venesuelanın 7 milyard dollarlıq aktivlərinə həbs qoyub və bütün Amerika şirkətlərinə Venesuela şirkəti ilə işləməyi qadağan edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/274769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR