ABŞ maliyyə nazirinin müavini Devid Melpas Dünya Bankının yeni prezidenti seçilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Melpas öz səlahiyyətlərinin icrasına aprel ayının 9-dan başlayacaq.
Yaxın 5 il ərzində yeni prezident Dünya Bankı qrupunun bütün təşkilatlarına, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) rəhbərlik edəcək.
Qeyd edilir ki, Devid Melpas Dünya Bankının prezidenti vəzifəsinə yeganə namizəd olub.
Milli.Az