Ən sürətli Android smartfonları bəlli olub

Ən sürətli Android smartfonları bəlli olub
07:22 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Mobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar "AnTuTu" proqramının tərtibatçıları "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların yeni reytinqini dərc edib. Söhbət Çində əlçatan olan smartfonlardan gedir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqdə yer almış 10 smartfondan 9-u 10 nm-dən nazik texnoloji proses üzrə hazırlanmış prosessorlarla təchiz edilib, yalnız "Nubia Red Magic Mars" ötənilki "Snapdragon 845" prosessoru ilə işləyir.
 
Mart ayında "Xiaomi Mi 9 Transparent Edition" smartfonu reytinqin lideri olub. Bu cihaz 372072 xal, adi "Xiaomi Mi 9" smartfonu isə 371878 xal toplayıb. 365430 xal toplamış "Vivo iQOO" aparatı üçüncü yerdə qərarlaşıb.
 
"Snapdragon 855" prosessoru ilə təchiz edilmiş "Samsung Galaxy S10+" və "Galaxy S10" aparatları 4-cü və 5-ci yerləri tutublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR