Smartfonların istismar müddəti artacaq

Smartfonların istismar müddəti artacaq
07:32 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Kurçatov İnstitutu" elmi-tədqiqat mərkəzinin alimləri elektron qurğuların, o cümlədən müasir smartfonların istilikkeçirmə xassəsinin ölçülməsi üçün yeni metod ixtira ediblər. Elmi işin nəticələri yüksək istiliyə davamlı möhkəm materiallar hazırlamağa imkan verəcək ki, bu da elektron qurğuların istismar müddətini artıracaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mərkəzin alimləri elektronikada həddən çox istiliyin ləğv edilməsi üçün istifadə edilən nazik plyonkaların istilikkeçirmə xassəsinin ölçülməsi sistemini təkmilləşdiriblər. Yeni həll mütəxəssislərə daha böyük istilikkeçirmə xassəsinə malik nazik plyonkalar yaratmağa və texnikanın, məsələn, smartfonların istismar müddətini artırmağa kömək edəcək" -  Kurçatov İnstitutunun mətbuat xidmətindən bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR