"ShamkirChess 2019" superturnirində bu gün VI turun görüşləri keçiriləcək

"ShamkirChess 2019" superturnirində bu gün VI turun görüşləri keçiriləcək
07:32 6 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün VI turun görüşləri keçiriləcək.
"Report" xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparacaqlar.
Məmmədyarov bolqarıstanlı Veselin Topolovla, Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.
"ShamkirChess 2019"
VI tur
6 aprel
Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç)
Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)
Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)
Aniş Giri (Hollandiya) - David Navara (Çexiya)
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen 3,5 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand və Sergey Karyakin 2-3-cü, hərəyə 2,5 xala malik David Navara, Aleksandr Qrişuk, Dinq Liren və Teymur Rəcəbov 4 - 7-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Veselin Topalov 8-9-cu yerləri bölüşür. Sonuncu pillədəki Aniş Girinin isə 1,5 xalı var.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/shamkirchess-2019-superturnirinde-bu-gun-vi-turun-gorusleri-keciril

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR