Google+ və Inbox artıq işləmir

Google+ və Inbox artıq işləmir
07:52 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Google" şirkəti "Google+" sosial şəbəkəsini və "Inbox" poçt xidmətinin işini dayandırıb. Hazırda "plus.google.com" ünvanına daxil olduqda  "Google+" xidmətinin daha adi istifadəçilər və brend hesabları üçün əlçatan olmadığı barəsində məlumat göstərilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin dekabrında internet nəhəngi 2019-cu ilin aprelində "Google+" şəbəkəsinin adi istifadəçilər üçün əlçatmaz olacağını elan etmişdi.
 
"Google Photo" xidmətində saxlanılmış şəkil və videoların ehtiyat surəti silinməyəcək. Lakin "Google+" xidmətində adi hesabların məzmunu tədricən silinəcək. Bu proses bir neçə ay davam edəcək və bu müddət ərzində məlumatlar əlçatan ola bilər. Hələ ki materiallar silinməyib, onları "Google+"dən yükləmək olar.
 
"Inbox.google.com" səhifəsinə daxil olduqda isə "Gmail" xidmətinin yeni versiyasına keçmək təklif edilir və məlumat verilir ki, "Inbox" poçt xidmətinin dəstəyi 2019-cu ilin martında bitib və "Inbox"un bir sıra populyar funksiyaları artıq "Gmail"də əlçatandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR