Ermənistanın milli qalereyasından 600-dən çox rəsm və heykəl itdi

Ermənistanın milli qalereyasından 600-dən çox rəsm və heykəl itdi
07:58 6 Aprel 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda 2016-cı ildə milli qalereyanın tərkibinə daxil edilmiş Mədəniyyət Nazirliyinin sərgi mərkəzinin fondlarından 626 rəsm və heykəl itkin düşüb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, rəsm və heykəllərin itkin düşməsi ilə əlaqədar olaraq "iri məbləğdə oğurluq", "xüsusi tarixi, bədii və ya mədəni dəyərə malik əşyaların və ya sənədlərin oğurluğu" və "vəzifə saxtakarlığı" maddələri üzrə cinayət işi açılıb.

Bu maddələr üzrə maksimal sanksiya 8 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/274776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR