Xiaomi smartfonlarında ciddi boşluq aşkar edilib

Xiaomi smartfonlarında ciddi boşluq aşkar edilib
08:32 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış "Check Point" şirkətinin iddiasına görə, "Xiaomi" şirkətinin istehsalı olan smartfonlar "Wi-Fi" üzərindən haker hücumuna məruz qala bilər. Mütəxəssislər istifadəçilərin təhlükəsizliyini qorumalı olan "Guard Provider" proqramında boşluq aşkar ediblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu utilit serverə bağlanma zamanı qorunmayan qoşulmadan istifadə edir. İstifadəçinin qoşulduğu giriş nöqtəsinə qoşulan  cinayətkar smartfon və server arasındakı trafiki ələ keçirə bilər. Bu, hakerə informasiyaya nəzarət etməyə, hətta məlumat və pulun oğurlanması üçün istifadə oluna bilən proqram kodunun hissələrini məsafədən smartfona quraşdırmağa imkan verəcək.
 
"Xiaomi"nin mətbuat xidmətindən bildirilib: "Xiaomi Check Point şirkəti tərəfindən Guard Provider proqramında aşkar edilmiş boşluq haqqında məlumatlıdır. Biz artıq tərəfdaşımız Avast ilə bu problemin həlli üzərində işləyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR