Apple şirkəti Beats brendinin yeni naqilsiz qulaqlıq modelini təqdim etdi - VİDEO

Apple şirkəti Beats brendinin yeni naqilsiz qulaqlıq modelini təqdim etdi - VİDEO
08:37 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Naqilsiz Apple AirPods 2 qulaqlıqlarının satışa çıxmasından iki həftə sonra Apple şirkəti yeni naqilsiz qulaqlıqları təqdim etdi. Lakin bu dəfəki qulaqlıqlar Beats brendinə aiddir. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim edilmiş Beats Powerbeats Pro qulaqlığı SoC Apple H1 prosessoru ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, AirPods 2 də bu prosessora sahibdir.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu qulaqlıqlar aktiv həyat tərzi üçün nəzərdə tutulub. Buna görə də onların bir dəfə şarj olunandan sonra çalışma vaxtları 9 saata kimi yüksəldilib, qulaqlıqlara sudan qorunma özəlliyi əlavə edilib və onlar naqillərdən məhrum olublar. Powerbeats Pro da AirPods 2 kimi xüsusi keys vasitəsilə şarj olunur. Bundan əlavə olaraq yeni qulaqlıq həmçinin Fast Fuel adlı sürətli enerji yığma texnologiyasını da dəstəkləyir.

Şirkətin verdiyi məlumata əsasən 5 dəqiqə şarj olunandan sonra Powerbeats Pro qulaqlığı 1.5 saat çalışa bilir. Powerbeats Pro 4 rəng seçimində satışa çıxacaq: Ağ, qara, göv və qəhvəyi. Onun qiyməti isə 250$ təşkil edəcək. Qulaqlığın satış tarixi barəsində məlumat verilməsə də şirkətin saytında onun yaxın zamanda satışa çıxacağı qeyd olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Apple şirkəti Beats brendinin yeni naqilsiz qulaqlıq modelini təqdim etdi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR