Samsung 5G modeminin istehsalına başladı

Samsung 5G modeminin istehsalına başladı
08:42 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Samsung Electronics" mobil qurğu və başqa elektron cihazların beşinci nəsil şəbəkəsinə (5G) qoşulması üçün nəzərdə tutulmuş çiplərin kütləvi istehsalına başlayıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreya nəhəngi qabaqcıl "Galaxy S10 5G" smartfonunda tətbiq edilən "Exynos Modem 5100" mikrosxeminin kütləvi istehsalına başlayıb. Sabah sözügedən çip satışa çıxarılacaq.
 
2018-ci ilin avqustunda təqdim edilmiş "Exynos Modem 5100" dünyada ilk "5G" modem hesab edilir.
 
Modem "5G" şəbəkəsində 6 QHs-dən aşağı tezlikdə 2 Qbit/s-dək və "mmWave" şəbəkəsində isə 6 QHs maksimal yükləmə sürətini təmin edir ki, bu da mövcud texnologiyaların ötürmə sürətini müvafiq olaraq təxminən 1,7 və 5 dəfə  üstələyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR