Ailəsinin qarşısında özünü yandıran kişi xəstəxanada öldü

Ailəsinin qarşısında özünü yandıran kişi xəstəxanada öldü
09:04 6 Aprel 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 2-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə özünü yandıran şəxs xəstəxanada dünyasını dəyişib. 
 
ONA-nın yerli bürosunun məlumatına görə, aprelin 2-də içki aludəçisi olan Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb.
 
Bədəninin 70 faizi yanan K.Dadaşov əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
 
 
Onun vəziyyəti ağır olduğundan Bakı şəhər 5 nömrəli xəstəxanaya göndərilib. Həkimlərin səylərinə baxmayaraq o 4 gündən sonra dünyasını dəyişib.
 
Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma davam edir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR