Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib
09:22 6 Aprel 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq ongünlük normanın 80-120 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, aprelin 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 kub/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 483 kub/s olmaqla, ongünlük normanın 103 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 92 kub/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 159 kub/s olmaqla, ongünlük normanın 115 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, aprelin 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyanda 6, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Surra məntəqəsində 11 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2018-ci il aprelin 05-də 397 sm), Şirvanda 185 sm (2018-ci il Aprelin 05-də 281 sm), Salyanda 207 (2018-ci il aprelin 05-də 184 sm), Bankədə 188 sm (2018-ci il aprelin 05-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2018-ci il aprelin 05-də 96 sm) təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR