Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə" ilə qarşılaşacaq
09:22 6 Aprel 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura star veriləcək.
"Report" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Görüşlərdən biri paytaxtda, digəri isə Sumqayıtda keçiriləcək.
Sonuncu - 8-ci pillədə qərarlaşan "Sumqayıt" evdə "Keşlə"nin müqavimətini qırmağa çalışacaq. Son vaxtlar qələbə qazana bilməyən meydan sahiblərinin 17, yeddinci pillədəki "Keşlə"nin isə 19 xalı var. Paytaxt klubu rəqibinə qarşı son 16 çempionat matçının hamısında qol vurmağı bacarıb. Ardıcıl 7 oyunda isə hər iki kollektiv fərqlənə bilib. Premyer Liqadakı 27 oyunun 14-də qonaqlar, 6-da meydan sahibləri qələbə sevinci yaşayıb. Topların nisbətində də "Keşlə"nin aşkar üstünlüyü var - 43:26. Birinci dövrədə "Sumqayıt", digər iki dövrədəki matçlarda isə "Keşlə" meydanı 3 xalla tərk edib.
Günün digər oyununda çempionluğa iddialı "Neftçi" "Zirə"ni qəbul edəcək. "Qarabağ"la birgə 48 xalı olan flaqman hazırda 1-2-ci yerləri bölüşdürür. Qəsəbə təmsilçisi isə 22 xalla 6-cıdır. Komandalar çempionatda indiyədək 15 dəfə qarşılaşıblar və görüşlərin 2-də "Neftçi", 8-də "Zirə" qələbə qazanıb. Topların fərqində də qəsəbə komandasının üstünlüyü var - 18:11. Buna baxmayaraq, "Zirə" rəqibinə qarşı son beş oyunda qələbə qazana bilməyib. Flaqman isə evdə keçirdiyi görüşlərin heç birində qələbə sevinci yaşamayıb. Birinci dövrədəki oyunda "Neftçi" qələbə qazanıbsa, digər iki dövrədəki matçlar heç-heçə bitib.
Qeyd edək ki, tura aprelin 7-də keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XXIII tur
6 aprel (şənbə)
16:00 . “Sumqayıt” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
I dövrə - 2:1. II dövrə - 1:4. III dövrə - 1:2
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Bakcell Arena”
I dövrə - 2:1 II dövrə - 2:2. III dövrə - 0:0


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasi-neftci-zire-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR