ABŞ Türkiyənin "S-400" almasından niyə qorxur? - ŞOK DETALLAR

ABŞ Türkiyənin "S-400" almasından niyə qorxur? - ŞOK DETALLAR
09:38 6 Aprel 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Rusiya istehsalı “S-400” zenit-raket kompleksləri ilə yanaşı, Amerkanın “F-35” qırıcılarını istifadə etməsi bu təyyarələrin məxfi texnologiyalarının itirilməsinə çıxara bilər.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın “Air Force” nəşri yazıb.

Məqalənin müəllifi iddia edir ki, “S-400” kompleksləri “F-35” və başqa Amerika təyyarələrinin fəaliyyəti haqqında məlumatın toplanması üçün istifadə oluna və belə informasiya Rusiyanın əlinə keçə bilər.

Nəşr yazır ki, başqa sistemlər də təhdid altında ola bilər. Məsələn, NATO-ya üzv ölkələr “Link 16” adlı taktik informasiyanın ötürülməsi kanalından istifadə edirlər. Kanal hərbi təyyarələrə, gəmilərə və ittifaqın quru qoşunlarına məlumatları praktik olaraq paylaşmağa imkan verir.

Bundan başqa, ittifaqın aviasiyası “öz-yad” kimi məşhur olan IFF tanınma sistemini tətbiq edir. “Air Force Times” qeyd edir ki, “S-400”-lərin hərəkət zonasında “F-35” qırıcılarının uçuşları üçün bu zenit-raket komplekslərinin IFF-lə təchiz edilməsi lazımdır. Radiolokasiya sistemlərinin istehsalçısının sözlərinə görə, bu, “Link 16” və IFF sistemlərinin texniki məlumatlarının açıqlanmasına səbəb ola bilər.

“”F-35”-lərin uçuşu zamanı bilavasitə yaxınlıq, “S-400”-lərə “görünməməz” qırıcının məxfi xarakteristikalarını və onun stels imkanlarını öyrənməyə imkan verir”, - o deyib.

Beləliklə, nəşr qeyd edir ki, Türkiyədə “S-400”-lərin meydana çıxması ona gətirib çıxara bilər ki, hətta ABŞ-ın Hərbi Hava Qüvvələrinin İncirlik təyyarə bazasında “F-35”-lərdən istifadə etməsi çətin olacaq”, - “Air Force Times” yekunlaşdırıb.

Türkiyə dəfələrlə bəyan edib ki, “S-400” komplekslərini almaqdan imtina etməyəcək. Ankara bu il zenit-raket sistemlərinin birinci partiyasını alacaq. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, NATO üzrə partnyorlardan “S-400”-lərin istismarı şərtlərini gizlətmir.

Ancaq Amerika siyasətçiləri və hərbçiləri iddia edir ki, “S-400” NATO-nun standartları ilə ziddiyyət təşkil edir və onların mümkün əldə edilməsi Ankaranı sanksiyalarla qarşı-qarşıya qoyacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/274779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR