Çempionluq yolunda "Traktor Sazi"dən vacib qələbə - FOTO

Çempionluq yolunda "Traktor Sazi"dən vacib qələbə - FOTO
09:47 6 Aprel 2019
67 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor Sazi" də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda "Sanat Naft Abadan"la qarşılaşıb. "Traktorçular" bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Təbrizin digər təmsilçisi - "Maşin Sazi" isə bu turda "Naft Masjed Soleyman"la səfər oyununda heç-heçəyə imza atıb - 1:1.

"Traktor Sazi" 49 xalla 16 iştirakçı arasında 2-ci, "Maşin Sazi" isə 26 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR