Azərbaycanlı məşhur bir gecədə qocaldı: TANINMAZ HALA DÜŞDÜ - FOTO

Azərbaycanlı məşhur bir gecədə qocaldı: TANINMAZ HALA DÜŞDÜ - FOTO
09:52 6 Aprel 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bir gecədə saçım ağabbaq ağardı"

Milli.Az xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda deyib.

Aparıcı hadisənin səhəri güzgü qarşısına keçdiyində özünü tanımadığını deyib:

"O məlum videolar yayılan günü mən Naxçıvanda yasda idim, yasa getmişdim. Onda mənə bir jurnalist zəng etdi, dedi "Belə bir video yayılıb. Münasibətiniz?". Mən çox pis oldum. Naxçıvandan Bakıya gələnə qədər mən bütün əməyimi düşündüm. Çəkdiyim əziyyətləri düşündüm. Minlərlə insanın işinin arxasında Əfqanıstan, İraq səfərlərimi düşündüm. Mənim saçımda bir, iki, üç ağ olardı. Mən gecə yatdım, sabah qalxdım ki, bütün saçlarım düm ağabbaq olmuşdu. güzgüdə özümü tanıya bilmədim".

Xatırladaq ki, bir neçə il öncə Xoşqədəmin ATV telekanalında "Səni axtarıram" layihəsi zamanı yalan ssenarilər uydurduğunu və tamaşaçıları aldatdığını iddia edən videolar sosial şəbəkələrdə sürətlə yayılmışdı.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR