NATO bu ölkədə terrorizmin mənbəyini yaradıb - Moskvadan İTTİHAM

NATO bu ölkədə terrorizmin mənbəyini yaradıb - Moskvadan İTTİHAM
10:03 6 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Liviyadakı böhran NATO-nun qeyri-qanuni hərbi müdaxiləsinin bilavasitə nəticəsidir.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirin “Al-Ahram” qəzetinə müsahibəsində deyib.

Lavrov NATO-nun Liviyaya müdaxiləsi nəticəsində ölkənin xaosa yükləndiyini, regional qeyri-sabitlik və terrorizmin mənbəyinə çevrildiyini bildirib.

Xatırladaq ki, ötən gün Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Xaftar Milli Barışıq Hökumətinin nəzarətində olan paytaxt Tripoliyə hücum əmrini verib. Tripoli aeroportu üzərinə nəzarət təmin olunsa da, sonradan Liviya hökumətinin ordusu aeroportu Xaftarın güclərindəngeri ala biliblər.

Bildirilirdi ki, hərbçilər 48 saat ərzində Tripolini ələ keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Liviyada 2011-ci ildə Müəmmər Qəddafinin qətlindən sonra siyasi böhran başlanıb. Ölkədə ikihakimiyyətlilik hökm sürür.

Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.

Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

BMT 2019-cu ilin yazında ölkədə parlament seçkilərinin keçirilməsini istəyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/274781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR