Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılaraq ağır xəsarət alıb

Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılaraq ağır xəsarət alıb
10:12 6 Aprel 2019
116 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Karaman şəhərinin Fenari məhəlləsində Molla Fenari prospektində qeydə alınıb.
Belə ki, Karamanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 22 yaşlı Həmdəmin Balakişiyev qaldığı tələbə yataqxanasının 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən düşərək ağır xəsarət alıb.
Məlumata görə, H.Balakişiyev epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş. Tələbə yoldaşları onun hava almaq üçün pəncərəyə yaxınlaşdığını, ancaq epilepsiya tutması nəticəsində müvazinətini itirərək, təxminən, 15 metr yüksəklikdən beton səki üzərinə düşdüyünü bildiriblər. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan azərbaycanlı tələbə ilkin tibbi yardım göstərildikdən sonra Karaman Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır. 




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanli-telebe-5-ci-mertebeden-yixilaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR