Tərtərdə əl qumbarası tapıldı - TƏXİRƏSALINMAZ ƏMƏLİYYAT...

Tərtərdə əl qumbarası tapıldı - TƏXİRƏSALINMAZ ƏMƏLİYYAT...
10:14 6 Aprel 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Hüsənli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
 
 
ANAMA-dan Lent.az-a verilən xəbərə görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.
 
Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Mütəxəssislər tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub. və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR