Ağdaşda qanunsuz psixotrop tərkibli dərman satan şəxs saxlanılıb

Ağdaşda qanunsuz psixotrop tərkibli dərman satan şəxs saxlanılıb
10:27 6 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda psixotrop dərmanlar və narkotik maddə satan şəxs tutulub. 
"Report"un Şirvan bürosunun məlumatına görə, Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb. 
Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A. Quliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “ Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-qanunsuz-psixotrop-terkibli-derman-satan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR