SKANDAL! Qatil həkimdir, yoxsa...?

Samsunda Bədirə Altının övladlarına və özünə zorakılıq göstərən yoldaşını qarnından bıçaqladıqdan sonra apardığı xəstəxanada həyatını itirməsi səbəbindən şikayətçi olduğu həkimlərdən Ümumi Cərrahiyyə Mütəxəssisi Yılmaz K. etinasızlıq cinayətindən 2 ay 15 gün həbs cəzasına məhkum edilib.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, ölümə səbəbiyyət vermək günahından mühakimə olunduğu məhkəmədə 5 il 5 ay həbs cəzasına məhkum edilən və həbsxanada 1,5 il qalan Bədirə Aldın, "uşaqlarımı və özümü qorumaq, ərimi qorxutmaq məqsədilə bunu etdim. Bir həkim üzündən həyat yoldaşım öldü, mən də həbsə düşdüm, bütün həyatımız dəyişdi" deyib.

Canik rayonunda 13 noyabr 2014 tarixində baş verən hadisə iddiaya görə belə iolub:

Evə alkoqollu gələn Ərdoğan Altın qızlarına zorakılıq tətbiq etməyə başlayıb.

Bunun üzərinə xanımı Bədirə Aldın araya girib. Ancaq Altın 20 illik arvadını də döyüb.

Qısa müddət sonra cütlük arasında yenidən mübahisə çıxıb. Bədirə Altın da mətbəxdən götürdüyü bıçağı ilə həyat yoldaşını qarnından yaralayıb. Dərhal səhiyyə dəstələrinə xəbər verib daha sonra..

Təcili tibbi yardım maşınıyla Samsun Təhsil və Araşdırma Xəstəxanasına qaldırılan Ərdoğan Altın, müalicəsinin ardından evə buraxılıb. İfadəsi alındıqdan sonra sərbəst buraxılan Bədirə Altın, ertəsi gün pisləşən yoldaşını ikinci dəfə eyni xəstəxanaya aparıb. Ancaq o ölüb. Bədirə Altın yenidən nəzarətə alınaraq, həbs olunub.

Samsun 1-ci Ağır Cəza Məhkəməsində yaxın qohumu öldürmək günahından ömürlük həbs cəzası ilə mühakimə olunan Bədirə Altına təhrik altında yaralama nəticəsində ölümə səbəbiyyət vermək günahından 5 il 5 ay həbs cəzası verilib. 1,5 il həbsxanada qalan qadın, yatdığı müddət nəzərə alınaraq, 2016-cı ukun fevral günü azad edilib.

Bədirə Aldın, həyat yoldaşının ölümündə etinasızlıqları olduğu iddiası ilə Təcili Tibb Mütəxəssisi, Ekspert Həkim B.T. (37) və Ümumi Cərrahiyyə Mütəxəssisi Opr.Dr. Yılmaz K. (65) haqqında cinayət şikayəti edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR