Yol qəzaları 70 can aldı - Son üç ayda

Yol qəzaları 70 can aldı - Son üç ayda
10:39 6 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Üç ay ərzində ölkədə baş vermiş yol qəzaları zamanı 70 piyada ölüb.
 
Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu il yanvarın 1-dən martın 31-nə qədər ölkə ərazisində piyada vurulması ilə nəticələnən 180 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 70 nəfər dünyasını dəyişib, 121 piyada isə müxtəlif bədən xəsarətləri alıb.
 
Qeyd edək ki, piyada vurulması ilə nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 48.1 faizini təşkil edir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR