Qızı ilə oynayarkən həyatı dəyişən Kristin Karlos ibrətamiz hekayəsiylə görənləri özünə heyran etdirir.
Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, qızı ilə oynamaq üçün çox iri olduğunu hiss etdikdən sonra kilo verməyə qərar verən Kristin Karlos bir ildə təxminən 46 kilo verdi.
Qızı ilə qumda oynayarkən nəfəs alıb verməkdə çətinlik çəkməyə başlayan Karlos, "o günlərdə çox keyləşmişdim" deyib.
Karlos "böyüyən uşağım üçün yaxşı vəziyyətdə olmaq istədim. Özümə nəzarət etməyin lazım olduğunu, uşağım üçün bir addım atmağım lazım olduğunu hiss etdim" şəklində etiraf edib.
Kristin Karlosun menyusu:
Səhər Yulaf əzməsi və yumurta
Günorta Ev salatı
Axşam yeməyi: Balıq və tərəvəz.