İtaliyada futbolçu karyerasını qeyri-adi formada başa vurub - FOTO

İtaliyanın Siciliya əyalətinin çempionatında çıxış edən "Viaqrande” klubunun futbolçusu İqnatsio Barbaqallo karyerasını qeyri-adi formada başa vurub.

Metbuat.az istinadən xəbər verir ki, "Nebrodi” ilə matçın ikinci hissəsində meydançaya eniş edən helikopterdən düşən maskalı şəxslər 55 yaşlı oyunçunun qollarından tutaraq özləri ilə aparıblar.

Fanatlar və futbolçular baş verədən hadisədən qorxublar. Lakin sonradan məlum olub ki, Barbaqallo karyerasını qeyri-adi formada başa vurmaq üçün bu addımı atıb.

Bildirilir ki, Barbaqallonun 200 avro cərimə və 31 may 2019-cu il tarixinə qədər diskvalifikasiya gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR