“Real” bu oyunçunun transferini reallaşdırır

“Real” bu oyunçunun transferini reallaşdırır
11:14 6 Aprel 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Real” klubu Belçika yığmasının futbolçusu Eden Azarı transfer edir.
 
ONA-nın “Marka”ya istinadən məlumatına görə, hücumçunun Madrid klubuna keçidi yaxın günlərdə rəsmiləşəcək.
 
Artıq ispaniyalılarla futbolçunun şərəfini qoruduğu İngiltərə “Çelsi”si ilə danışıqları yekunlaşmaq üzrədir. E.Azar Madriddə özünə ev seçmək üçün bu şəhərə yollanacaq. 28 yaşlı hücumçunu ötən il də almaq istəyən həmin vaxt onun transferi üçün 200 milyon avro ödəməyə razı olmadığı üçün keçid baş tutmamışdı.
 
Qeyd edək ki, E.Azar 2012-ci ildən “Çelsi”də çıxış edir. O, Fransa “Lill”indən 35 milyon avroya transfer olunub.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR