ABŞ-da ilk - Dövlət ordusu terror təşkilatı elan edilə bilər

ABŞ-da ilk - Dövlət ordusu terror təşkilatı elan edilə bilər
11:17 6 Aprel 2019
62 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu (Sepah) terrorçu qruplaşmaların siyahısına əlavə etməyə hazırlaşır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda "Reuters" məlumatlı mənbələrə instinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, dövlət departamenti artıq bazar ertəsi bununla bağlı bəyanatla çıxış edə bilər. Belə olarsa, bu, ABŞ tarixində bir ilk olacaq. Belə ki, buna qədər Birləşmiş Ştatlar hökuməti heç vaxt hər hansı xarici dövlətin rəsmi orqanını terrorçu təşkilatların siyahısına daxil etməyib.

Qeyd edək ki, İranın İnqilab Keşikçiləri Korpusu 1979-cu ilin aprel ayında ayətullah Xomeyninin tərəfdarlarından ibarət islam inqilab komitərlərinin silahlı dəstələri əsasında yaradılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR