10 milyonuncu azərbaycanlı doğuldu

10 milyonuncu azərbaycanlı doğuldu
11:18 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Aprel ayının 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/274786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR