VİCDANSIZLIQ! Öz qızını cinsi istismar etdi

Şimali Kipr Türk Respublikasında 17 yaşında olan qızını təxminən 3 il istismar etməkdən mühakimə olunan 44 yaşındakı H.D, 30 il həbsə məhkum edilib.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, Şimali Kiprdə böyük reaksiya çəkən hadisə Nikosiyaya bağlı Alayköydə ortaya çıxmışdı.

Ata ilə qızın vəziyyətindən şübhələnən kəndlilər, Sosial Xidmətlər İdarəsinə müraciət edərək kömək istəmiş və dairə ilə polis əməkdaşlıq etmişdi.

Polisin qıza qarşı cinsi istismar olunduğunu müəyyən etməsi üzərinə ata H.D. nəzarətə alınmışdı.

Ata əleyhinə yönəlmiş ittihamları qəbul edərkən, istintaq zamanı qızın cib telefonunda isə, istismara uğradığı zamanlara aid səsyazmalar ortaya çıxıb.

Uşaqları istismar etmə və "cinsi təcavüz" daxil bir çox günahlandırmaqla həbs olunan şübhəli H.D, Nikosiya Qəza Məhkəməsinə çıxarılıb.

Məhkəmədə ifadəsinə müraciət edilən polis məmuru, H.D.nin qızını istismar etdiyini bildirib.

Polis hadisənin 16 oktyabr 2018-də, saat 11:30da Sosial Xidmətlər İdarəsi rəsmiləri tərəfindən polisə bildirildiyini və istintaq başlanıldığını söyləyib.

Nikosiya Qəza Məhkəməsinin 30 il həbsə mahküm etdiyi H.D, Nikosiya Qapalı Həbsxanaya göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR