Azərbaycanın 10 milyonuncu sakini doğulub

Azərbaycanın 10 milyonuncu sakini doğulub
11:27 6 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. 
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanin-10-milyonuncu-sakini-dogulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR