Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb

Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb
11:35 6 Aprel 2019
Ölkə mətbuatı
A- A+

İsrail alimləri yüksəktexnologiyalı tibbi avadanlıqda boşluq aşkar ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, alimlər işlək eksploit hazırlayaraq hücum həyata keçirməyə müvəffəq olublar. Hazırlanmış zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Həm də dəyişikliklər tomoqrafiya şəkillərinin həkimlər tərəfindən qəbulundan öncə həyata keçirilir.
 
Aşkar edilmiş boşluğun köməyi ilə pasiyentin tomoqrafiya şəklinə bədxassəli şişi əlavə etmək və ya silmək olar. Yekun şəkil o qədər real görsənir ki, sınaqlarda iştirak etmiş həkimlər şəklin həqiqiliyinə şübhə etməyiblər.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59972-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR