ShamkirChess 2019 - VI tur start götürür

ShamkirChess 2019 - VI tur start götürür
11:37 6 Aprel 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2019 superturnirində bu gün VI turun görüşləri keçiriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparacaqlar. Məmmədyarov bolqarıstanlı Veselin Topolovla, Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.

ShamkirChess 2019

VI tur

Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç)

Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)

Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)

Aniş Giri (Hollandiya) - David Navara (Çexiya)

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen 3,5 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand və Sergey Karyakin 2-3-cü, hərəyə 2,5 xala malik David Navara, Aleksandr Qrişuk, Dinq Liren və Teymur Rəcəbov 4 - 7-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Veselin Topalov 8-9-cu yerləri bölüşür. Sonuncu pillədəki Aniş Girinin isə 1,5 xalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/744731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR