İyrənc iddia məhləni ayağa qaldırdı

Türkiyə, Batmanda, iddiaya görə, məktəb çıxışında şagirdlərə təcavüz edən şəxsi məhəllə sakinləri linç etmək istəyib.

Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki,təcavüz şübhəlisi qəzəbli kütlənin əlindən hadisə yerinə gələn polis tərəfindən xilas edilərək, saxlanılıb.

Güneykent Məhəlləsindəki Karatay İbtidai Məktəbində oxuyan bəzi tələbələrin dərs çıxışında məktəbin qarşısında gözləyən şəxs tərəfindən təcavüz edildiyi iddia edildi.

Xəbəri eşidən məhəllə sakinləri məktəbin önünə gələrək, təcavüz şübhəlisinin içində olduğu avtomobilə hücum edib.

Avtomobilin şüşələri qırılarkən, hadisə yerinə polis dəstələri sövq edilib.

Polis məhəllə sakinlərini çətinliklə sakitləşdirərkən təcavüz şübhəlisi isə saxlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR