Brilyant oğrusu tutuldu

11:54 6 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Dəliməmmədli şəhər sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
 
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini 33 yaşlı Samir Kərimov olduğu müəyyən edilib.
 
Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qadın üzüyü oğurladığı aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR