Rusiya və Türkiyədən 8 apreldə ortaq addım: Putinlə Ərdoğan ABŞ-ın...

Rusiya və Türkiyədən 8 apreldə ortaq addım: Putinlə Ərdoğan ABŞ-ın...
12:08 6 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin 8 apreldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qonaq edəcək.

Publika.az xəbər verir ki, liderlər tez-tez gündəmə gələn və geniş müzakirələrə səbəb olan S-400 zenit raket kompleksinin Türkiyə ordusuna tədarükü məsələsindən danışacaq.

Bunu Kremlin xarici əlaqələr üzrə məsləhətçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, görüşdə Suriya məsələsi ilə yanaşı, enerji layihələri və hərbi əməkdaşlığın detalları müzakirə olunacaq.

“İki lider beynəlxalq və bəzi regional məsələləri masaya qoyacaq. Bunların arasından Suriya mövzusunu ayırıram. Əlavə olaraq, ABŞ-ın bəzi birlikərini Suriyadan çıxaracağına dair açıqlaması da görüşdə dəyərləndiriləcək. İş dünyasından və iqtisadi qurumlardan təmsilçilərin də qatılacağı bəzi toplantılar keçiriləcək. Bundan sonar tərəflərin bəzi ortaq sənədlər imzalaması planlaşdırılır ”, - Uşakov deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Mədəniyyət və Turizm İlinin açılışı və Türkiyə-Rusiya Ali Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı üçün aprelin 8-də Rusiyaya səfər edəcək. Liderlər görüş çərçivəsində “Bolşoy teatrı”nda “Troya” tamaşasını da izləyəcəklər.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/274791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR