Nazir Rus səfirlə

5 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən danışıb. Nazir bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən Rusiya Federasiyasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, bu əməkdaşlıq çərçivəsində FHN-in Akademiyasının maddi-texniki bazasının gücləndirilməsi, birgə təlimlərin və treninqlərin keçirilməsi ilə bağlı görülmüş işlərdən razılığını ifadə edib və bu əlaqələrin gələcək inkişafının zəruriliyini bildirib.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov səmimi qəbula görə təşəkkürünü bildirərək hər iki ölkənin müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Buna da bax!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR