Qonşusunun evini yaran şəxs tutuldu

Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Dəliməmmədli şəhər sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini 33 yaşlı Samir Kərimov olduğu müəyyən edilib.

Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 1200 manat dəyərində brilyant qaşlı qadın üzüyü oğurladığı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR