CAR öz səfirini İsraildən həmişəlik geri çağırır

CAR öz səfirini İsraildən həmişəlik geri çağırır
12:52 6 Aprel 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Pretoriya İsrail hökumətinin yürütdüyü siyasətə, o cümlədən İsrail hərbçilərinin Qəzzada dinc etirazçılara atəş açmasına etiraz olaraq öz səfirini həmişəlik İsraildən çıxarmağa hazırlaşır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Münasibətlər Nazirliyi bəyanat verib.

Nazirliyin bəyanatına görə, bu, iki ölkə arasında diplomatik münasibətlərin azaldılması istiqamətində atılan ilk addımdır. Eynilə İsrail diplomatik missiyası CAR-dan çıxarılacaq.  

Xatırladaq ki, ötən ilin may ayında Qəzza zolağında baş verən növbəti toqquşmalardan sonra CAR öz səfiri Sisu Nqombaneni İsraildən geri çağırmışdı. Yalnız üç aydan sonra o öz vəzifələrin icrasını davam etdirmişdi.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/744758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR