İstirahət gününün HAVA PROQNOZU: Yağış, qar...

İstirahət gününün HAVA PROQNOZU: Yağış, qar...
13:14 6 Aprel 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 7-9° isti, gündüz 13-15° isti,
Bakıda gecə 7-9° isti, gündüz  13-15° isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 70-80 %, gündüz 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
 
Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR