Bakıda avtoqəza - Piyada xəstəxanada keçindi

Bakıda avtoqəza - Piyada xəstəxanada keçindi
13:19 6 Aprel 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal Rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə rayonun H.Cavid prospektində baş verib. Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi  “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini İlkin Şahbazini vurub. Xəstəxanaya yerləşdirilmiş İ.Şahbazi orada ölüb.
 
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb. Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR